Xəbərlər 04.04.2023 18:36 1957

“Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsi davam edir

“Azərbaycan Uşaqları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 mart 2023-cü il tarixdən “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsinə başlayıb. Layihə “Çevik Ekspertlər Qrupu” Koalisiyasının birgə fəaliyyəti əsasında icra olunacaqdır.Layihənin icrasında iştirak edən tərəfdaş təşkilatların adları aşağıdakılardır:

1 ”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 

2  “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi

3 ”İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi

4 ”Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi

5 “Azərbaycan Uşaqları” İctimai Birliyi 

 Layihənin ilk ayı hazırlıq mərhələsi olaraq regiionların araşdırılması, eləcə də təlimlərin keçirilməsi üçün uyğun məkan və təlimdə iştirak edəcək rayon ictimaiyyatı nümayəndələrinin seçimi həyata keçirildikdən sonra fəaliyyət planına uyğun olaraq Neftçala rayonunda 04 aprel 2023-cü il tarixindən 3 günlük 25 nəfərdən ibarət təlimlərə başlanılıb.  

        Təlim iştirakçıları 3 gün ərzində Azərbaycan Konstitusiyası, Beynəlxalq Konvensiyaların ratifikasiyası, stereotiplər, cinsi mənsubiyyətə görə ayrı seçkiliyə yol verilməməsi,Məişət zorakılığı haqqında Qanun, zorakılıqdan müdafiə üçün mövcud olan alətlər və digər mövzuları öyrənərək, diskussiyalar aparacaq, eləcə də simulyativ oyunların qrup işlərinin aktiv iştirakçısı olacaq.

      Təlimdə Neftçala rayonun (Həsənabad qəsəbəsi, Bankə qəsəbəsindən ictimai fəallar,müəllim,psixoloq,uşaq birliyi rəhbərləri, bələdiyyə , icra nümayəndəliklərinin əməkdaşları, Salyan rayonu- Babazanlı, Stansiya yaşayış Massivi fəalları ) müəllim, psixoloq, bələdiyyə üzvləri, eləcə də Neftçala rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən komissiyanın psixoloqu iştirak edir.

       Təlimdə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə layihənin koordinatoru, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova layihənin eksperti, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə təlimçi olaraq iştirak edir.

     Təlimlər 3 gün davam edəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı