Xəbərlər 16.03.2023 23:14 2966

Eşitmə məhdudiyyətli şagirdlər üçün Novruz şənliyi təşkil olundu

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin mətbuatı xəbər verir ki, bu gün 16.03.2023-cü ildə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində keçirilən"Novruz bayramı" tədbirinə dəvət alıblar. 

Tədbirdə məktəbin rəhbəri Tariyel Əkbərov ,kollektivi,şagirdlər,Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi Selcan Novruzova, "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova,şəhid Elşən Musayevin həyat yoldaşı Mətanət xanım və övladları iştirak etdi.Məktəbin direktoru Tariyel Əkbərov ilk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək tədbiri açıq elan etdi.Tariyel Əkbərov bütün qonaqları təbrik edərək xoş arzularını bildirdi.Şagirdlərimizin əl işlərindən ibarət rəsm,milli adət-ənənələrimizi,Novruz atributlarını,bahar əhval-ruhiyyəsini əks etdirən kompozisiyalar,Kosa və keçəlin məzəli söhbətləri,Bahar qızının gəlişi hər kəsdə gözəl bayram əhval-ruhiyyəsi yaratdı,musiqi şənliyi ilə davam etdi.Bayram tədbiri bayram süfrəsi ilə yekunlaşdı.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı