Xəbərlər 16.03.2023 13:01 2036

“Zəngəzur dəhlizi: Regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri” ictimai rəydə

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Zəngəzur dəhlizi: regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri” mövzusunda sosioloji sorğular keçirilib və nəticələr əsasında analitik hesabat hazırlanıb. Tədqiqatın hazırlanması 44 günlük Vətən müharibəsində qazanılan qələbə və postkonflikt dövründə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqlar şəraitində mümkün olub. Tədqiqatın əsas məqsədi Naxçıvan MR-da yaşayan vətəndaşların yeni yaranan imkanlardan faydalanmaq niyyətlərini müəyyən etmək, regionun spesifik xüsusiyyətlərini nəzərə alaraq siyasi və sosial-iqtisadi amilləri üzə çıxarmaq kimi müəyyən edilib.

 

Tədqiqatın metodoloji prinsipləri

 

 

Tədqiqat kəmiyyət və keyfiyyət metodologiyası əsasında aparılıb. 2022-ci ilin 15 oktyabr - 19 oktyabr tarixləri ərzində Naxçıvan MR-da məskunlaşan 386 respondent arasında rəy sorğusi keçirilib. Sorğular telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri təmin edilib. Naxçıvan MR-nın 8 rayonu üzrə seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib və gender balansı qorunub. Sözügedən rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri məlumat bazasından təsadüfi qaydada seçilib və zənglər edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Sorğu anketinə 20 əsas, 8 sosio-demoqrafik olmaqla ümumilikdə 28 sual daxil edilib. Sorğunun orta davam etmə müddəti 11 dəqiqə 35 saniyə təşkil edib. Sahə işi SurveyToGo proqramından istifadə edilib və nəticələr SPSS proqramı vasitəsilə təhlil olunub.  

 

Zəngəzur dəhlizi haqqında məlumatlılıq və onun mahiyyəti

 

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 47,9%-i Zəngəzurun tarixi haqqında məlumatlı olduğu halda, 52,1%-i bu haqda məlumatsızdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı