Xəbərlər 22.02.2023 20:25 1196

Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında iştirak edəcək - ÖZƏL

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukrayna üzrə nazirlər toplantısında iştirak edəcək və BMT-nin baş katibi Antonio Quterreşlə taxıl sazişinin genişləndirilməsi imkanlarını müzakirə edəcək.

QHT.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Blinken fevralın 23-24-də BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər toplantısında iştirak etmək üçün Nyu-Yorka gedəcək.

Qeyd olunur ki, görüş Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına (SVO) başlamasının birinci ildönümünə təsadüf edəcək.

Mətbuat xidmətinin məlumatına görə, Blinken Quterreşlə də görüşərək Ukraynaya irimiqyaslı iqtisadi, hərbi və humanitar dəstəyi müzakirə edəcək.

Bundan əlavə, onlar ABŞ Dövlət Departamentinin “qlobal ərzaq böhranının həlli üçün mühüm alət” adlandırdığı taxıl müqaviləsinin saxlanılması və genişləndirilməsinin zəruriliyindən danışacaqlar.

Bundan əvvəl BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli bildirib ki, bir sıra ölkələrdə ərzaq böhranı fonunda taxıl sazişinin uğursuzluğu qəbuledilməzdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı