Xəbərlər 25.01.2023 15:32 153

Yaponiyada qar dəhşəti: Yüzlərlə avtomobil yollarda qalıb - ÖZƏL

Yaponiyada yağan güclü qar nəqliyyatın hərəkətini dayandırıb. Yüzlərlə avtomobil saatlarla tıxacda qalarkən, uzun avtomobil növbələri yaranıb. Bu günə planlaşdırılan ən azı 397 reys də ləğv edilib.

QHT.az xəbər verir ki, Yaponiyanın böyük bölgələrində dünən təsirli olmağa başlayan güclü qar həyata mənfi təsir edir. Mie əyalətinin Şin-Meişin şossesi ilə hərəkət edən yüzlərlə avtomobil gecə yarısından sonra yolda qalıb və təxminən 8 saat ərzində 14 kilometrlik növbə yaranıb. Naqasaki əyalət hökuməti gecə yarısından səhər saatlarına qədər ərazidə təxminən 100 avtomobilin yolda sıxışdığını açıqlayıb.

Əlverişsiz hava şəraiti hava və dəmir yolu nəqliyyatında, eləcə də quru nəqliyyatında fasilələrə səbəb olub. Bu günə planlaşdırılan ən azı 397 reys ləğv edildi, Yamaqata yüksək sürətli qatar xəttində isə Fukusima və Şinco stansiyaları arasında reyslər gün ərzində dayandırıldı. Sanyo və Tokaydo yüksək sürətli qatar xəttlərində xidmətlər aşağı sürətlə həyata keçirilərkən, Tohoku yüksək sürətli qatar xəttində də gecikmələr oldu. Həmçinin, dünən gecə qar və güclü külək səbəbindən Bivako və Kyoto qatar xəttlərində bəzi qatarlar müvəqqəti olaraq relslərdə qalıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı