8 SENTYABR - DÜNYA FİZİOTERAPİYA GÜNÜNDƏ ZAQATALA RAYON  MƏRKƏZİ XƏSTƏZANASINDA FİZİOTERAPEVTİK  və REABİLİTASİYA  KABİNETLƏRİNİN  AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB. 
 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.
 

Kabinetlərin açılışında TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, TƏBİB-in tibbi xidmətlərin təşkili departamenti, ixtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Vüsal Yusifov, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliueva, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı iştirak edib.
 

Kabinetlər bütün zəruri avadanlıqlarla təmin edilib. Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşlarda xəstəliyin verdiyi fəsadların qarşısının alınmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.
 

Kabinetlərin açılışında  TƏBİB-in fizioterapiya və reabilitasiya işçi qrupunun üzvü Dr. Nəzir Rzalı fizioterapevtik kabinetdə pasiyentlərin qəbulunu həyata keçirdi.
 

Kabinetlərin açılışından sonra tibb müəssisəsinin həkimləri üçün fizioterapiyaya dair konfrans keçirilib.
Daha sonra 145 müxtəlif profilli həkimlərin iştirakı ilə konfrans keçirilib. Konfransın açılışında TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov və TƏBİB-in tibbi xidmətlərin təşkili departamenti, ixtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Vüsal Yusifov və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr.Tamara Nurəliueva vətəndaş məmnunluğunun, tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində görüləcək işlərə davam ediləcəyini bildiriblər.

 

Konfransın gedişatında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 2023-cü il üzrə Assosiasiyanın dövlət səhiyyə qurumlar ilə birgə əməkdaşlıq nəticəsində  müalicənin keyfiyyətinin artırılması haqda və gələcək prespektivlər barədə çıxış etdi. Növbəti çıxış Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı  Mərkəzin imkanları və fizioterapiyanın müxtəlif xəstəliklərin müalicəsində vacib rol oynadığını  vurğulamışdır.
 

Yekunda həkimlər arasında  sual cavab ilə  təcrübə mübadilasi aparıldı.