Alimlər müəyyən ediblər ki, məşhur qidaların tərkibindəki gizli tərkib hər gün insanlarda ürək xəstəlikləri riski yaradır. 

QHT.az xəbər verir ki, söhbət müəyyən məhsulların, məsələn, dondurma, qəlyanaltılar, hazır yeməklər daha uzun müddət saxlanılması və daha dadlı olması üçün istifadə edilən qida əlavələrindən gedir. Tədqiqat nəticəsində məlum olub ki, bu qida əlavələri müxtəlif ürək problemlərinə, o cümlədən koronar arteriya xəstəliyi və insult yarada bilər.

Tədqiqatın müəlliflərindən biri olan Dr. Bernard insanları sağlam qalmaq üçün yedikləri işlənmiş qidaların miqdarını “azaltmağa” çağırıb. Bu qida əlavələri minlərlə tez-tez istehlak edilən qida məhsullarında “universal” istifadə olunur.

Qeyd edək ki, tədqiqatda 100 mindən çox insan iştirak edib.

 

 

Pərvanə Fərhadqızı