İsveç alimləri müəyyən ediblər ki, ekoloji cəhətdən təmiz hesab edilən kağız qəhvə fincanları plastik olanlar qədər insanlar və ətraf mühit üçün zəhərlidir.

QHT.az xəbər verir ki, təhlükə fincanların suya davamlı olması üçün istifadə edilən maddədən qaynaqlanır. Elm adamları böcəklərlə bir sıra təcrübələr aparıblar, onlar bu maddəni suya və torpağa qatıblar. Nəticədə müxtəlif riskli qüsurlar əmələ gəlib. Aşkar edilən kimyəvi maddələrə ultrabənövşəyi stabilizatorlar, alov gecikdiricilər, plastifikatorlar və ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin zəhərli hesab etdiyi yuyucu nonilfenol daxildir.

Bu maddələr, endokrin pozğunluqlara səbəb ola bilər, xəstəlikləri təhrik edə bilər, cinsi çoxalmaya, böyüməyə və digər bədən funksiyalarına təsir göstərə bilər.

 

Pərvanə Fərhadqızı