Yetmişinə yetmiş, bu onillər ərzində yaxşılıq etməkdən zərrə qədər usanmamış, xeyriyyəçilik əməlləri ilə çox yurddaşımızın imdadına çatmış doktor Akif Kərimov: Siz, onu yardımsevər, xeyriyyəçi- messenat qismində tanıyıb, 70 illik yubileyini qutlamaq arzusuna qoşulsanız, onda lütfən təbriklərinizi ziyadə edin. Axı Akif həkimin rəhbərlik etdiyi "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin 25 illiyini də təbrik etmək lazım gələcək. Əl tutmaq Əlidən qalıb-deyib, ürəyimizdə yaxşıların yeri var söyləyirik.Təkcə bizim yox, Akif həkimin xeyriyyə əməllərindən nəsibini almış neçə-neçə sənət adamının, imkansız şəxslərin, bir sözlə Azərbaycan vətəndaşının. Vətəndaşlıq isə hər şeydən öndə gəlir, yetər ki, vətən daşı ola bilək. Lap Akif Kərimov kimi. 70-iniz mübarək, həkim Eldostu...

 

 

QHT.az olaraq, Kür Xəzər xeyriyyə ictimai birliyinin sədri Akif Kərimovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və yeni uğurlar arzulayırıq. Doğum gününüz mübarək!