Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova "Tərəqqi" medalı ilə təltif edilib.

 

 

QHT.az olaraq, dəyərli həmkarımızı təbrik edir və fəaliyyətində uğurlar arzu edirik.