Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası QHT.az saytını daimi əməkdaşlığa, həmçinin gənclər təşkilatlarının fəaliyyətlərinin işıqlandırılmasında dəstək olduğuna görə QHT.az saytını təltif edib.
Təltifi təşkilatın baş katibi Ramin Həbibzadə QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadəyə təqdim edib. Saytın rəhbəri diqqətə görə Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra QHT-lərin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.












