Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovu mükafatlandırıb.
"QHT.az" xəbər verir ki, F.Talıbov “Tərəqqi” medalı ilə təltif edilib.
Xatırladaq ki, F.Talıbov 10 ilə yaxın müddətdə keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mətbuat katibi vəzifəsində işləyib. Daha əvvəllər isə "Lider" TV-də müxtəlif vəzifələrdə, həmçinin Türkiyə bürosunun rəhbəri vəzifəsində çalışıb.












