Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə 3 xanım QHT sədri “Şöhrət” ordeni ilə təltif edilib:
Bənənyarlı Səadət İzzət qızı - Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri.
Cəfərova Novella Cəfər qızı - Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri.
Qocamanlı Səltənət Məmməd qızı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri.
QHT.az olaraq, dəyərli həmkarlarımızı təbrik edir və fəaliyyətlərində uğurlar arzu edirik.












