Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 60 illik yubileyləri ilə əlaqədar “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə xanım Cəfərova və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Nazirlik yanında İctimai şuranın sədri Umud Mirzəyev (Umud Rəhimoğlu) ilə görüş olub. 

 

QHT.az xəbər verir ki, nazir müavini Anar Əliyev vətəndaş cəmiyyətinin inkişafı proseslərində fəal iştirak edən U.Mirzəyevi və Azərbaycan həqiqətlərinin dünyada yayılması işlərində öz töhfələrini verən S.Cəfərovanı Nazirliyin adından təbrik etdi, onlara xoş arzularını çatdırdı.

 

QHT.az olaraq, təbriklərə qoşulur, dəyərli həmkarlarımıza can sağlığı və uğurlar arrzulayırıq.