İspaniyanın humanitar xilasetmə təşkilatı SMH Aralıq dənizinin mərkəzi hissəsində növbəti xilasetmə missiyasını 2027-ci ilə qədər təxirə salıb.

Bu barədə “Reuters” agentliyi 14 oktyabr 2026-cı il tarixində məlumat yayıb.

QHT.az xarici mediaya istinadən xəbər verir ki,  bildirilib ki, yanacağın qiymətinin iki dəfə artması təşkilatın fəaliyyətinə ciddi maliyyə çətinlikləri yaradıb. Bu səbəbdən SMH Aralıq dənizinin mərkəzi hissəsindəki əməliyyatlarını dayandıraraq fəaliyyətini İspaniyanın Valensiya sahilləri, Mayorka və Menorka adaları ətrafına yönəltməyi qərara alıb.

Təşkilat əlavə xərcləri qarşılamaq məqsədilə ianə kampaniyasına da başlayıb.

SMH 2017-ci ildə xilasetmə gəmisinə çevrilmiş keçmiş balıqçı qayığı “Aita Mari”ni idarə edir. Təşkilatın fəaliyyəti Avropaya çatmağa çalışan miqrantların dənizdə xilas edilməsinə yönəlib.

Məlumata görə, digər İspaniya QHT-si “Open Arms” da yanacağın bahalaşması və İtaliyada xilasetmə gəmilərinin ölkənin şimalındakı limanlara yönləndirilməsi səbəbindən Aralıq dənizinin mərkəzi hissəsindəki missiyalarının miqyasını azaldıb.

Şimali Afrikadan İtaliya və Fransanın cənubuna uzanan marşrut dünyada miqrantlar üçün ən təhlükəli dəniz yollarından biri hesab olunur.

Mənbə: Reuters xəbərinin tam mətni