QHT Agentliyi orta məktəblərdə dövlət tərəfindən müəyyən edilmiş geyim qaydalarına ictimai dəstəyi ifadə etmək məqsədilə “Məktəblim” fotolayihəsini elan edib.

Layihə çərçivəsində ictimaiyyət nümayəndələri doğmalarının və yaxınlarının məktəbli geyimində çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşmağa dəvət olunublar.

Paylaşımların “#Məktəblim” və “#Azərbaycan” həştəqləri ilə yayımlanması tövsiyə edilib.
Layihənin məqsədi sosial media məkanında Azərbaycan məktəblilərinin fotolarını paylaşmaq və dövlət tərəfindən müəyyən edilmiş məktəbli geyim qaydalarına ictimai dəstəyi nümayiş etdirməkdir.