Milli Məclisdə müzakirə olunan yeni qanun layihəsinə əsasən, Azərbaycanda spirtli içkilərə minimum qiymət tətbiqi planlaşdırılır.

QHT.az xəbər verir ki, Deputat Vüqar Bayramov bildirir ki, 2024-cü ilin ilk 9 ayında vətəndaşlar içki və tütün məhsullarına 1.88 milyard manat xərcləyib ki, bu da əvvəlki illə müqayisədə 132 milyon manat çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı ölkədə spirtli içki istehlakının artacağını proqnozlaşdırır. Bayramov vurğulayır ki, istehlakı azaltmaqla həm qənaət etmək, həm də sağlam qalmaq mümkündür.