COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərenerji” ASC-nin “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında Anlaşma Memorandumu imzalanıb.

QHT.az xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Stadium Operating Company” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında imzalanan beştərəfli müqavilənin əsas məqsədi müvafiq əməkdaşlıq və koordinasiyanın təmin edilməsidir.

Konfransın təşkili zamanı dayanıqlılıq starategiyalarına əsasən karbon emissiyalarının minimuma endirilməsi məqsədilə bir sıra tədbirlər görülüb.

Həmçinin stadion və ətraf tikililərdə səmərəli enerji sərfiyyatını təmin edən qurğu və avadanlığın quraşdırılması yaşıl gələcək naminə atılan önəmli addımlardan biridir.