30 oktyabr 2024-cü il tarixdə Sabunçu Gənclər Evində "Sağlamlığa Xidmət" İctimai Birliyinin təşkilatçılığı ilə "Vərəm xəstəliyi və vərəmlə mübarizədə Vətəndaş Cəmiyyətinin rolu" mövzusunda maarifləndirici təlim təşkil edilib.

QHT.az xəbər verir ki, təlimi "Sağlamlığa Xidmət" İctimai Birliyinin nümayəndəsi, müstəqil ekspert Təranə Cəfərova keçib. Təlimin məqsədi gənclərin vərəm xəstəliyi ilə bağlı bilgilərini artırmaq, Azərbaycanda vərəmlə mübarizə sahəsində dövlət, qeyri-dövlət və qlobal səviyyədə görülən işlər barədə məlumatlandırmaq və bu bilgilər sayəsində gənclərin vərəmlə bağlı maarifləndirmə işində rol və iştirakını daha da gücləndirməkdir.

Təlim zamanı müstəqil ekspert Təranə Cəfərova vərəm haqqında ümumi məlumatlar verib, vərəmin necə yayılmasından, əlamətlərindən, formalarından, risk faktorlarından, xəstəlikdən qorunma vasitələrindən danışmış, vərəmlə mübarizədə yerli, milli və qlobal səylər barədə dinləyiciləri təlimatlandırıb.