"Sağlamlığa Xidmət" İctimai Birliyi "Azərbaycanda vərəmdən əziyyət çəkən insanların səlahiyyətlərini artırmaq və dəstəkləmək üçün icma tərəfindən idarə olunan monitorinq sisteminin gücləndirilməsi" layihəsi çərçivəsində Oneimpact mobil tətbiqin icrasını davam edir.

QHT.az xəbər verir ki, Oneİmpact tətbiqi vərəmdən təsirlənən insanlar üçün Stop TB Partnership tərəfindən yaradılıb, “Sağlamlığa Xidmət” İctimai Birlik tərəfindən Azərbaycan kontekstində uyğunlaşdırılıb.

28-29 oktyabr tarixlərində Ucar Rayon Mərkəz Xəstəxanasında və İmişli Rayon Mərkəzi Xəstəxanasının Ftiziatrik kabinetində vərəmdən təsirlənən insanlar və tibb işçiləri üçün tədbir keçirilib. Tədbirdə vərəm şöbəsinin tibb işçiləri və vərəmdən təsirlənən insanlar iştirak ediblər.

Təlimçi Samirə Muxtarova Oneimpact mobil tətbiq barəsində iştirakçılara ətraflı məlumat verib. Oneİmpact mobil tətbiq istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Bu tədbirdə 90 nəfər Oneİmpact mobil tətbiq barəsində məlumatlandırılıb və qeydiyyatdan keçərək, sorğuda iştirak etdiblər. İnteraktiv şəkildə keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb və bəzi məsələlər müzakirə olunub.

Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Mustafayev və İmişli Rayon Mərkəzi Xəstəxanasının Ftiziatrik kabinetinin müdiri həkim Daxil Kazımov bildiriblər ki, tədbirdə müəyyən səbəblərdən iştirak edə bilməyən tibb işçilərinə, vərəmdən təsirlənən insanlara, onlara yaxın təmasda olan şəxslərə Oneİmpact mobil tətbiqindən istifadəsi üçün dəstək olacaqlar.

Tətbiqi Play Market və ya App Store-dan Oneimpact Azərbaycan yazaraq, yükləyə və qeydiyyatdan keçə bilərsiniz.

Oneimpact Azərbaycan- Sizin sadiq dostunuzdur. Vərəmdən sağalanadək!