"Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verir. 2024-cü ilin ilk 9 ayında turistlərin ikinci ən çox seçdiyi rayon Qəbələ olub, burada turistlərin yalnız 4,7 faizi qalıb".

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ümumilikdə, Qusarda 4.3%, Naftalanda 3,7%, Qubada 3,5% və Şabranda 0,6% turist yerləşib: "Rayonlar, paytaxtın infrastrukturunu nəzərə alaraq, xarici turist cəlb etməkdə çətinlik çəkirlər. Əksər rayonlarda turizm xidmətləri yüksək qiymətə malikdir və keyfiyyət standartlardan geri qalır. 2023-cü ilin yanvar-sentyabr aylarında əcnəbilərin gecələmələri 27% artaraq 1 milyon 772 min olub. Hotellərin gəlirləri 26,7% artaraq 468,5 milyon manat təşkil edib, lakin əsas qazanc yenə də Bakı mehmanxanalarının payına düşüb".

 

Pərvanə Fərhadqızı