Kolumbiyanın Kali şəhərində biomüxtəlifliyin qorunmasına dair COP16 görüşü keçirildi. Bu tədbirdə, müxtəlif ölkələr planetin biomüxtəlifliyini qorumaq və bərpa etmək üçün yol xəritəsinin hazırlanması istiqamətində bir araya gəlib. Görüş, iqlimdəyişikliyi ilə mübarizədə daha əlverişli tədbirlərin görülməsi və dünya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm addım hesab olunur.

QHT.az xəbər verir ki, COP16 tədbirinin nəticələri gələcəkdə Bakıda təşkil ediləcək COP29 Konfransı üçün də böyük əhəmiyyət daşıyır. Belə ki, Bakı tədbirinin məqsədi, dünyada daha sağlam və davamlı ekosistemlərin qurulmasına, eləcə də gələcək nəsillərə daha firavan bir planet təmin etmək üçün beynəlxalq birgə fəaliyyətin möhkəmləndirilməsidir.