“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Quba Şahdağ Truskavets sanatoriya mərkəzində qazilərlə rəsmi görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə "Vətən Naminə"Şəhid Ailələrinə Dəstək İB-nın idarə heyyətinin üzvü Rafiq Xəlil, Abşeron rayon təşkilatının sədri Həsən Feda və digər qazilər iştirak ediblər.

Tədbir zamanı qazilərin sosial, məişət və digər sahələrdə qarşılaşdıqları problemlər müzakirə olunmuş, onların müraciətləri və təklifləri diqqətlə dinlənilmişdir. Qaldırılan məsələlərin müvafiq qurumlara çatdırılması və mümkün həlli yollarının araşdırılması barədə fikir mübadiləsi aparılmışdır.

Görüşün əsas məqsədi qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğının artırılması, onların problemlərinin həllinə ictimai dəstəyin gücləndirilməsi olmuşdur. Tədbir səmimi və işgüzar şəraitdə başa çatmışdır.