Bütün müharibələrin sonu sülhlə bitir. Biz heç kimin torpağında iddialı deyilik. Biz sadəcə ora qayıtmaq istəyirik. Orada doğulmuşuq və ora da qayıdacağıq. Erməni qalmaq istəyərsə, bu, onun öz işidir.

QHT.a xəbər verir ki, bu sözləri ADPU-nin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd icmasının rəhbəri, professor Mahirə Hüseynova Şurnuxu kəndinin işğaldan azad olunmasının 5 illik yubileyinə həsr edilmiş tədbirdə çıxışı zamanı bildirib. O tanıdığı ziyalılar adından bildirib ki, yalnız şəxsi maraqlara xidmət edən yolda ümumi mənafe ola bilməz:

"Biz belə bir yolun tərəfdarı deyilik və bu mövqeyimizdə israrlıyıq. Dədə-baba torpaqlarımıza qayıtmaq bizim mənəvi borcumuz, göylərdə olan ruhlara qarşı sədaqətimizin ifadəsidir. Şurnuxur, Dərələyəz, Göyçə və İrəvan bölgələri ilə bağlı 2025-ci ildə cənab Prezident çıxışlarında bu məsələyə doqquz dəfə toxunub ki, bu da az məsələ deyil"