Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bilal Rzayev 15 yanvar 1997-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub.
QT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib və 24 noyabr tarixində Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Bilal Rzayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad, xatirəsi əbədi olsun!






