Tarixdə bu gün, 14 yanvar 1982-ci il tarixində Şuşada görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Xalqının Ümumilli lideri Heydər Əliyev iştirak etmişdir.

QHT.az xəbər verir ki, açılış mərasimində respublika partiya və dövlət xadimləri, həmçinin ədəbiyyat və incəsənət nümayəndələrinin geniş bir dəstəsi iştirak edirdi. Çıxış edənlər ölməz xalq şairinin poeziyasındakı xəlqilik, realizm və demokratizm xüsusiyyətlərini vurğulamış, Vaqif irsinin Azərbaycan mədəniyyəti üçün əhəmiyyətini yüksək qiymətləndirmişlər.