Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
QHT.az xəbər verir ki, Soltan Məmmədov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına Şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.Şəhidimiz ailəli idi. Üç övladı Vətənə əmanətdir.
Soltan Məmmədov şərəfli həyat və döyüş yolu keçib, göstərdiyi igidlik və qəhrəmanlıqlara görə, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allahdan rəhmət diləyirik!
Pərvanə Fərhadqızı










