Kapitan İsmayıl Səmədov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayılın, Hadrutun və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib və oktyabrın 11-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan İsmayıl Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində anadan olub. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərbi təhsilini başa vurub və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət etməyə başlayıb. Həmin ildə XTQ kursuna yazılıb və kursu birinciliklə bitirib. 2011-ci ilin yay aylarından Xızıda "N" saylı hissədə fəaliyyətə başlayıb.

İsmayıl Səmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı