Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı olan Valeh Vahid oğlu Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2014-cü ildə müddətli həqiqi hərbi xidməti başa vurub və 2015-ci ildən XTQ üzvü kimi ordu sıralarına qayıdıb. Türkiyədə komando kurslarına qatılan və 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olmuş Valeh Bədəlov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 7-də Cəbrayıl istiqamətində qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Valeh Bədəlov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı










