Polşanın paytaxtı Varşavada ATƏT-in insan hüquqları və demokratiyaya dair illik konfransı davam edir.

Bu gün keçirilən iclasda Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov da çıxış edib.

QHT.az Sahib Məmmədovun çıxışını təqdim edir:

 

 

ATƏT İnsan meyarı üzrə Konfrans-  2-13 Oktyabr 2023

V plenar sessiya-Qanunun aliliyi

9 oktyabr

Mövzu:

"Qısa çıxışımda 3 məsləyə toxunacam

Qeyri-qanuni Məhkəmələr haqqında

1.Son vaxtlara qədər Azərbaycan ərazisində qeyri-legitim məhkəmələr fəaliyyət göstərirdi. Bu məhkəmələr 30 ildən artıq Ermənistanın işğalı altında olan ərazilərdə yaradılıb. Bu saxta məhkəmələrdə minlərlə insan, o cümlədən girovlar, əsirlər,  bu ərazidə yaradılmış marionet rejimlə razılaşmayan erməni əsilli insanlar mühakimə olundu. Bir neçə gün əvvəl saxta məhkəmə də daxil olmaqla, marionet rejim özünü qanunsuz qurum elan edərək, özünü buraxıb. Lakin məhkum edilmiş qurbanların pozulmuş hüquqlarının bərpası çətin məsələ olaraq qalır.

2. Məhkəmədənkənar cəzalar haqqında

Ermənistan “Bütün şəxslərin məcburi itkin düşməsindən müdafiəsi haqqında” Beynəlxalq Konvensiyaya qoşulmasına baxmayaraq Birinci Qarabağ müharibəsi zaman girov və əsir götürdüyü  minlərlə insanı məhkəmədən kənar cəzaya məruz qoymuşdur. Amma indiyə qədər  şəxslərlə bağlı  heç bir məlumat vermir. İşğaldan azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıq aşkar edilib. İnsanlar işgəncəyə məruz qalaraq öldürülmuş və ya diri-diri basdırılaraq öldürülmüşdüür.

Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi saytında 4496 girov və əsir götürülən azərbaycanlı mülki vətəndaş və hərbçi haqqında məlumat yerləşdirilib. Onlar Birinci Qarabağ müharibəsi zamanı girov və əsir olublar. Onların hamısı qəddar işgəncələrə məruz qalmış, zorlanmış və əzab verilərək öldürülmüşdür. 200-ə yaxın körpənin orqanları erməni qurumları tərəfindən çıxarılaraq satılıb.

 44 günlük müharibə zamanı ermənilərə əsir düşən bütün azərbaycanlı əsirlər işgəncələrə və ləyaqəti alçaldan rəftara məruz qoyublar. Onlardan bəzilərinin başları kəsilib, videoya çəkilib və Tik-Tokda yerləşdirilib.

Dumanlı havada Ermənistan tərəfə keçən Azərbaycan əsgərləri işgəncələrə məruz qalıb və saxta ittihamlarla mühakimə olunublar. Ermənistan 3-cü Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq hərbi əsirləri geri qaytarmır.

 

3.Azərbaycanın özünün məhkəmə sistemi haqqında

 Azərbaycanın məhkəmə sistemində həbs qətimkan tədbirinin seçilməsi praktikası geniş yayılıb. Bununla  bağlı  Ali Məhkəmənin Plenumunun xüsusi qərarı var. Həmçinin Ölkə Prezidenti tərəfindən imzalanmış sərəncamda  prosessual məcburiyyət tədbiri qismində həbs qətimkan tədbirinin seçilməsi praktikasına toxunulub və müvafiq tədbirlərin görülməsi tapşırılıb. Bu halın olması müəyyən hallarda azadlıq hüququnun pozulmasıa gətirir."