Varşavada ATƏT-in İnsan Meyarı üzrə Konfransı davam edir. VI Plenar İclasda Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib.
QHT.az xəbər verir ki, terrorizm haqqında danışan Sahib Məmmədovun bildirib ki, dünənki müzakirədə Ermənistan nümayəndələri guya Azərbaycanda erməni hərbi əsirlərin saxlanması ilə bağlı yalan məlumat veridilər: “Əslində adıçəkilən şəxslər İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ölkəyə daxil olan, dövlət sərhədini pozaraq terror törədən diversiya qrupunun üzvləridir. Onlar üçtərəfli bəyannamənin imzalanmasından sonra ərazilərə daxil olaraq 6 mülkişəxsi və hərbçiləri qətlə yetiriblər. Bu baxımdan onlar Cenevrə Konvensiyasının himayəsi altına düşə bilməzlər. Onlar terror məqsədi ilə dövlət sərhədini pozaraq ölkə sərhədini qanunsuz keçən diversant kimi tanınıblar. Lakin onların əksəriyyəti az ağır cinayətlər törətdikləri halda vətənlərinə qaytarılıb.
Sahib Məmmədovun işgəncə və pis rəftarla bağlı da çıxış edib: “İkinci Qarabağ müharibəsi zamanı Ermənistan əsir götürdüyü Azərbaycan əsgərlərinə qəddar işgəncələr verib, onlarla alçaldıcı rəftar edib. Bir neçə nəfəri publik şəkildə cəzalandıraraq və videoya çəkib yayıblar. Müharibədən sonra hava şəraitinə görə sərhədi keçən və əsir düşən əsgərlər əvvəlcə mülki əhalinin nümayəndələri, daha sonra hərbçilər tərəfindən işgəncələrə məruz qalıb, həmçinin lentə alınıb paylaşılıb. Lakin Ermənistan hakimiyyəti bu şəxslərə qarşı nəinki heç bir tədbir görməyib, əksinə, dərhal əsirləri saxta ittihamlarla mühakimə edib, 12 il müddətinə azadlıqdan məhrum ediblər. Ermənistan nadir hallarda Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə əsirlərlə görüşməyə icazə verir. Lakin bu zaman onların valideynlərinə məktub göndərməsinin qarşısı alınır”.
QHT sədri həmçinin bildirib ki, dünən Ermənistan tərəfi Azərbaycanın tərəfindən saxlanılan və müharibə cinayətləri törətməkdə ittiham olunan separatçıları siyasi məhbus adlandırdılar: “Onların arasında mətbuatda, o cümlədən “Azadlıq” radiosunda iftixarla çıxış edərək fəxrlə, azərbaycanlı girov və məhbusların evində və həyətində qul kimi işlədiyini, onlara qarşı necə zorakılıq etdiyini danışan şəxs də var. Əgər bu insanlar hərbi cinayətlər törədiblərsə və bu, məhkəmə tərəfindən müəyyən ediləcəksə, -onlar hələlik təqsirsizlik prezumpsiyası hüququna malikdir- onlara bəraət qazandırmaq olmaz və onlar siyasi məhbus sayıla bilməz”.
Qarabağın erməni əhalisi haqqında QHT sədri qeyd edib ki, onların bəziləri müvəqqəti olaraq evlərini tərk ediblər: “Amma onların əksəriyyəti Azərbaycanın yaratdığı qaynar xəttə zəng edərək tezliklə qayıdacaqlarını və vətəndaşlıqlarını bərpa edəcəklərini bildiriblər. Onların mülkiyyət hüququa, ana dilindən istifadə hüququna, vicdan azadlığı və mədəni irsdən istifadə hüququqlarına tam təminat verilib”.
Pərvanə Fərhadqızı










