Dünya Səhiyyə Təşkilatının (ÜST) növbəti baş direktor vəzifəsinə namizəd olan dörd şəxs təşkilatın gələcək fəaliyyəti və islahatları ilə bağlı fikirlərini bölüşüb.

QHT.az xarici mediaya istinadən bildirir ki, oktyabrın 11-də Almaniyanın Berlin şəhərində keçirilən Dünya Sağlamlıq Sammitində Qətərdən Hənan Məhəmməd Əl-Kuvari, İspaniyadan Mariya Neyra, İndoneziyadan Budi Gunadi Sadikin və Ermənistandan Gevorq Tamamyan iştirak ediblər.

Namizədlər ÜST-də islahatların aparılması və qlobal səhiyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı sualları cavablandırıblar. Tədbirə böyük maraq göstərilib və iştirakçıların çoxluğu səbəbindən onlarla şəxs zalda yer olmadığı üçün içəri buraxılmayıb.

Səudiyyə Ərəbistanından olan Hənan Bəlxinin də müzakirələrdə iştirakı nəzərdə tutulsa da, Panamada baş verən zəlzələ onun səfərində problemlər yaradıb.

Müzakirələrdə ÜST-nin gələcək idarəçiliyi, təşkilatın fəaliyyətinin yenilənməsi və dünya üzrə səhiyyə sistemlərinin inkişafı əsas mövzular olub.