BMT Baş Assambleyasının qətnaməsi ilə yaradılmış və sülh təhsili üzrə xüsusi akkreditasiya olunmuş UPEACE universitetinin BMT-nin Cenevrə ofisində ilk dəfə olaraq məzun günü keçirilib.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli Maltanın GİOYA ali təhsil institutu və Bəhreynin Kral Həməd Birgəyaşayış və Tolerantlıq Mərkəzi ilə birgə təşkil olunan "Sülh şəraitində Birgəyaşayış: Sülh və Təhlükəsizlik, İnsan Hüquqları və İnkişaf" proqramının məzunu olub və diplomla təltif olunub.