ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) “Food for Peace” proqramı üçün yeni maliyyə mərhələsi açıb və yalnız 7 ölkəni siyahıya daxil edib. Proqram “Amerika mərkəzli yanaşma” ilə həyata keçiriləcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, yeni qaydalara görə bütün ərzaq yardımı yalnız ABŞ-də istehsal olunan məhsullardan olmalıdır və nağd pul və ya ərzaq vauçerləri istifadə edilə bilməz. Bu, əvvəlki daha çevik yardım üsullarının ləğvi deməkdir.

Yeni şərtlərdə vəsaitlərin 50 faizi ABŞ kənd təsərrüfatı məhsullarına və daşınma xərclərinə ayrılır. Siyahıya daxil olan ölkələr arasında yalnız Haiti ciddi aclıq riski olan ölkələr siyahısındadır, Sudan və Qəzza isə kənarda qalıb.