Hüquq və İnsan Haqları İnstitutunda “Uşaqyönümlü hüquqi yardım” mövzusunda təlim keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association, Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) və UNICEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə yanvarın 30-da “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda birgünlük təlim keçirilib.

Tədbir iştirakçılarını salamlayan İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlimin işinə uğurlar arzulayıb və uşaq hüquqlarının müdafiəsinin dövrün ən aktual problemlərindən biri olduğunu qeyd edib. Sədr bildirib ki, İnstitut cəzaçəkmə müəssisələrində uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir.

 

Pərvanə Fərhadqızı