“Mövcud  fəaliyyətimiz  xeyriyyə işləri görmək, lahiyələrimizi ləyaqətlə yerinə yetirməkdir. 20 ildən yuxarı “Dövlətçilik tarixi” adlı məktəblər arası bilik yarışlarını cəmiyyətin öz hesabına yerinə yetirmişik. Gələcək aylarda ekologiya aid lahiyyələr yerinə yetirmək, şəhid ailələri, qazilər, imkansız ailələrə dəstək istəyirik”.

Bu sözləri "Kür-Xəzər" xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hal-hazırda istiqamətləri seçkilərdə aktiv iştirak etmək layiqli namizədlərə dəstək verməkdir: “Məqsədimiz dövlətimizin sosial iqtisadi lahiyələrində fəal iştirak etmək, cəmiyyəti maarifləndirmək, ən öncəsi tibb sahəsində, evlilik sahəsində uyumsuzluqla mübarizə aparmaqdır. Hər həftə seçki ilə görüşlərdə iştirak edirəm. Hər bir Azərbaycan seçicisi aktiv olub seçkiyə gəlməlidir. Cəmiyyətimiz seçkilərin şəffaf keçməsi üçün əlindən  gələni edəcəkdir. Bütün QHT sədirlərinə tövsiyəm odur ki, vicdanla, dürüst şəffaf çalışsınlar QHT-ləri hörmətdən salmasınlar”.

Qeyd edək ki, Akif Kərimov  1998-ci ildən "Kür-Xəzər" xeyriyyə İctima Birliyinin sədridir. 2002-ci ildən bu günə kimi təşkilat hər il 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibət ilə “Dövlətçilik tarixi” mövzusunda bilik yarışı keçirilir.

 

Pərvanə Fərhadqızı