30 yanvar 2024-cü il tarixində Beynəlxalq təhsil konfransı çərçivəsində İtaliyada səfərdə olan Mediasiya Şurası tərəfindən Türk Dünyası Mediatorlar Birliyinin Mediasiya təhsili Komissiyasının sədri vəzifəsində təmsil olunan, mediator Miryusif Cavadzadə beynəlxalq dərəcəli ekspert Leonardo D'Urso ilə görüşüb.
QHT.az xəbər verir ki, təhsil əməkdaşlığı barədə müzakirələrin aparıldığı görüşdə eyni zamanda mediatorların beynəlxalq təlimlərə cəlb olunması, o cümlədən, Türk Dünyası Mediatorlar Birliyinin təhsil sahəsi ilə inteqrasiyası müzakirə olunub.
Qeyd edək ki, Azərbaycanda mediasiya sahəsinin fəaliyyətindən razılığını bildirən ekspert Mediasiya Şurası ilə gələcək əməkdaşlıqlardan məmnun olacağını söyləyib.
Pərvanə Fərhadqızı












