Dünən axşam yenidən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə görüşdük. Gətirdiyimiz humanitar yükün sertifikatını Azərbaycan və rus dillərində onların həkiminə təqdim etdik.

 

QHT.az  Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.

 

O bildirib ki, hazırda gözləmə mövqeyindədirlər:

 

“Bizim əlaqə vasitələrimiz onlarda var. Gün ərzində ola bilsin ki, bizə cavab verilsin”.

 

Qeyd edək ki, hazırda içərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.