Azərbaycan Televiziyasının operatoru olan Sirac Abışov 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olub.

QHT.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb və Sumqayıt şəhərində yaşamağa başlayıb. Sirac Abışov 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Dərin ehtiramla yad edirik! Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı