Vətən müharibəsi şəhidi Elnur Şirinzadənin anası Gültəkin Şirinova yaşadığı Yevlax rayonunda dünyasını dəyişib.

QHT.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Elnur Şirinzadə Memarlıq və İnşaat Universitetinin tələbəsi olub. O, 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub. 44 günlük Vətən müharibəsi zamanı, oktyabrın 13-də şəhid olub. E. Şirinzadə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

QHT.az Vətəndaş Cəmiyyəti adından şəhid ailəsinə başsağlığı verir, Allahdan rəhmət diləyirik! Ruhları şad olsun!

 

Pərvanə Fərhadqızı