"Beynəlxalq Qırmızı Xaç Komitəsi beynəlxalq hüququn subyekti olan beynəlxalq təşkilat deyil. Yəni BMT, ÜST, BƏT və s. statusda deyil. O heç Beynəlxalq QHT də deyil”.

Bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov QHT.az –a bildirib.  O, qeyd edib ki, Komitə müqəddəs bir insan- Henri Dünant tərəfindən yaradılan və hazırda İsveçrədə şirkət kimi qeydiyyatda olan bir qurumdur: “Onun yerli ofislərində pozuntu baş verə bilər. Təssüf ki, erməniçilik bu müqəddəs təşkilatı da öz ölkəsində yerli ofis çərçivəsində çirkləndirə bilib. Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə müqavilə öhdəliklərinə sadiqdir. Ermənistan isə bütün öhdəlikləri kimi Komitə qarşısındakı öhdəliklərini də pozur”.

 

 

 Pərvanə Fərhadqızı