Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Ermənistanın törətdiyi hərbi cinayət faktlarının toplanması, müxtəlif dillərdə hazırlanması və yayılması, beynəlxalq arenada bu faktların təbliğində gənclərin iştirakının təşviqi” layihəsinin birinci mərhələsi uğurla icra olunub.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunur. Layihənin fəaliyyət planına uyğun olaraq komandamının üzvləri  birinci və ikinci Qarabağ Müharibəsi zamanı Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi maddi və mənəvi ziyanın faktlarla toplanması işini həyata keçirib. Zərər görmüş vətəndaşlarımızın həyat hekayələrini və yaşadıqları travmaları video və foto görüntülərlə faktlaşdırıb.

Qeyd edək ki, çəkilişlər zamanı toplanılmış video görüntülər “InfoWar Azerbaijan” komandalarının təlimləri zamanı müzakirə olunacaq, müxtəlif sosial şəbəkələrdə paylaşılacaqdır.

 

Pərvanə Fərhadqızı