“Ünsiyyət bacarıqları”  

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində gənclər üçün “Ünsiyyət bacarıqları” adlı təlim keçirilib.
GİKM Masallı nümayəndəliyin direktoru, təlimçi Aynur Tağıyevanın təqdimatındakı təlimdə “Ünsiyyət nədir?”, “Ünsiyyətin növləri”, “Ünsiyyətin psixologiyadakı tipologiyası”, “Kommunikasiyanın növləri və tərəfləri”, “Psixoloji məsafənin zonaları”, “Ünsiyyətdə empatiya” mövzularından bəhs edilib. 
Gənclərin fəallığı ilə davam edən təlim zamanı müxtəlif enercayzerlər və qrup işləri icra olunub, real nümunələr əsasında müzakirələr aparılıb. 

 

Akif AĞAYEV