Əziz həmvətənlərim, Əziz valideyinlər və abituriyentlər!

Yeni tədris ilində hər zaman xəyalını qurduğumuz doğma Qarabağımızın qoynunda yerləşən “Qarabağ” universiteti fəaliyyətə başlayacaq.

Fikrimcə, bu universitet təkcə bilik məbədi olmayacaq,eyni zamanda qalib xalqın milli kimliyinin,təfəkkürünün,ideologiyamızın formalaşdığı mərkəzə çevriləcəkdir.

Universitetin adını daşıdığı müqəddəs Qarabağ torpağı bizlərə,gəncliyimizə qəhrəman Şəhidlərimizin əmanətidir.Hər birimiz universitetin qurulmasında, regionun elm və ideoloji mərkəzinə çevrilməsində öz səylərimizi birləşdirməliyik.

Bu il ali təhsil üçün qəbul imtahanlarında yüksək nəticələr göstərmiş hər bir gəncimizi doğma “Qarabağ” universitetinin ilk tələbəsi və ilk məzunları olmağa səsləyirəm! Əminəm ki,bu sırada bu il qəbul imtahanlarında yüksək bal toplamış Şəhid övladları da yer alacaqdır.

“Qarabağ” universitetini birlikdə quraq!

 

Sevinc Orucova

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri