İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Nizami rayon sakinlərinə və dəstəkçilərinə minnətdarlığını bildirib. O, bu həyacanlı günlərdə öz imzası ilə ona dəstək verən Nizami rayon sakinlərinə, imza toplayan komanda üzvlərinə və tələbələrinə dərin təşəkkürünü ifadə edib.
QHT.az xəbər verir ki, Eyyub Kərimli qeyd edib ki, rayonu bina-bina, blok-blok, mənzil-mənzil gəzərək 500 imza toplayıblar və bu gün Dairə Seçki Komissiyasına təqdim ediblər. O, həmçinin, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin həyata keçirdiyi böyük miqyaslı islahatların nəticəsinin təzahürü olaraq parlament seçkilərinin şəffaf, demokratik və açıq rəqabət formasında keçiriləcəyinə əminliyini bildirib.
Qeyd edək ki, bu Eyyub Kərimlinin seçki kampaniyasında aktiv iştirakının və dəstəkçilərinin ona olan inamının göstəricisi kimi dəyərləndirilir.
Pərvanə Fərhadqızı
QHT.az










