Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak edib və 1992-ci il iyulun 31-də Papravənd kəndi ətrafındakı döyüşdə qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, o, 15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. O, 1989-cu ildə Almaniyada tank qoşunlarında hərbi xidmətə başlayıb və 1992-ci ilin martında Milli Ordu sıralarına qatılıb.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanına əsasən Əsəd Cəlal oğlu Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Ruhu şad olsun!










