UNESCO bədii yaradıcılıq azadlığının qorunması məqsədilə dörd vətəndaş cəmiyyəti təşkilatına dəstək göstərəcəyini açıqlayıb. Təşkilatın məlumatına görə, layihələr sənətçilərin hüquqlarının müdafiəsinə və mədəniyyət sahəsində daha təhlükəsiz fəaliyyət mühitinin yaradılmasına xidmət edəcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, UNESCO-nun 23 iyun tarixində yaydığı açıqlamada bildirilir ki, təşəbbüs Afrika və digər regionlarda fəaliyyət göstərən təşkilatları əhatə edir. Layihələr çərçivəsində risk altında olan sənətçilərə dəstək göstərilməsi, mədəni hüquqların təşviqi və yaradıcı şəxslərin fəaliyyət imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Qurumun hesabatına əsasən, son illərdə dünyada bədii ifadə azadlığına qarşı təhdidlər artıb. UNESCO hesab edir ki, vətəndaş cəmiyyəti təşkilatları bu sahədə monitorinq aparmaq, hüquqların müdafiəsini təşviq etmək və dövlət siyasətlərinin təkmilləşdirilməsinə töhfə vermək baxımından mühüm rol oynayır.
Piranə Xasiyeva






