Avropa İttifaqı Moldovada fəaliyyət göstərən yeddi vətəndaş cəmiyyəti təşkilatını sosial təsir, həmrəylik və ictimai fəaliyyət sahəsində əldə etdikləri nailiyyətlərə görə mükafatlandırıb. Mükafatlandırma mərasimi “Civil Society Gala 2026” çərçivəsində keçirilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, tədbirdə çıxış edən nümayəndələr vətəndaş cəmiyyəti təşkilatlarının demokratik dəyərlərin qorunması, ictimai iştirakçılığın artırılması və həssas qruplara dəstək göstərilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıblar.
Mükafat alan təşkilatlar müxtəlif sahələrdə – sosial dəstək, yerli icmaların inkişafı, insan hüquqlarının müdafiəsi və vətəndaş fəallığının təşviqi istiqamətlərində həyata keçirdikləri layihələrə görə seçiliblər. Tədbirin təşkilatçıları bildiriblər ki, bu cür təşəbbüslər vətəndaş cəmiyyətinin inkişafına və ictimai həmrəyliyin güclənməsinə töhfə verir.
Piranə Xasiyeva






