DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Mərkəzin Direktoru Kənan Əkpərov və qurumun digər rəsmiləri ilə görüş keçirilib.

Görüşdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov görüşlə bağlı fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Mərkəzin Direktoru Kənan Əkpərov və qurumun digər rəsmiləri ilə görüşümüz oldu.

Konstruktiv müzakirələr şəraitində keçən görüşdə bir sıra istiqamət üzrə görülmüş işlər, eləcə də əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq.

 Dəvətə və görüşün təşkilinə görə Mərkəzin rəhbərliyinə təşəkkür edirəm!"