Sloveniyada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları üçün yeni qrant müsabiqəsi elan olunub. Proqram demokratiya, hüququn aliliyi, insan hüquqları, media savadlılığı, gender bərabərliyi və ətraf mühitin mühafizəsi sahələrində çalışan təşkilatlara dəstək göstərməyi hədəfləyir. 

QHT.az xarici mediaya istinadən bildirir ki, proqram çərçivəsində ümumilikdə 1,2 milyon avro vəsait ayrılıb. QHT-lər fəaliyyətlərinin genişləndirilməsi, institusional potensiallarının gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün maliyyə dəstəyi əldə edə biləcəklər. 

Təşkilatçılar bildiriblər ki, təşəbbüs vətəndaş cəmiyyətinin dayanıqlığını artırmağa, ictimai iştirakçılığı gücləndirməyə və demokratik dəyərlərin inkişafına töhfə verməyə yönəlib. Müraciətlərin qəbulu artıq başlayıb.

Piranə Xasiyeva